Şrift:
Təbriz derbisi sona çatdı
30.09.2017 [10:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizdə yerli vaxtla saat 14:00-da bu şəhərin super liqa təmsilçiləri arasında başlayan görüş bu dəqiqələrdə 1:2 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb.

İran üzrə futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçirilən görüşdə Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandaları “Bonyan-i Dizel” stadionunda üz-üzə gəlib, oyuna “Qostəreşe fulad” klubu ev sahibliyi edib.

Görüşün birinci hissəsi qolsuz heç-heçə başa çatsa da, ikinci hissədə Əmir Nəsr Azadi 47 və Faxir Təhami 73-cü dəqiqədə “Traxtur” tərəfindən qol vurublar. Milad Fəxrəddini isə 89-cu dəqiqədə “Qostəreşe fulad” üçün qol vurub.

Bununlada Təbriz derbisi görüşü 1:2 hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.
Bu xəbər oxucular tərəfindən 523 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed