30.09.2017 [10:30] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” daha 2 muzdlusu, Məhəmmədrza Yəzdani və Məhəmmədrza Səncərani Suriyada gedən savaşında həlak olub.
Bəşər Əsəd rejimini qorumaq üçün bir neçə həftə əvvəl Suriyaya göndərilən 30 yaşlı “Sepah”çı Məhəmmədrza Yəzdani sentyabrın 22-də Suriyanın Tədmər məntəqəsində, 40 yaşlı “Sepah”çı Məhəmmədrza Səncərani isə sentyabrın 23-də bu ölkənin Deyrəlzur bölgəsində hökumət müxalifləri ilə qarşıdurmalarda öldürülüb. Hər iki “Sepah”çının cənazələri ölkəyə gətirilərək sentyabrın 28-də İranın Məşhəd şəhərində torpağa tapşırılıb.
Qeyd edək ki, İranın molla rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi qüvvələri “Zeynəb” hərəminin müdafiəçiləri adlandırır.
İran hökuməti Bəşər Əsəd rejiminin əsas sponsor və himayədarı sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilən minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.

Bu xəbər oxucular tərəfindən 474 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |