Şrift:
Urmu gölünün bərpasında Urmiyə universitetindən istifadə olunmalıdır – Universitet rəisi
30.09.2017 [10:32] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
“Urmu gölünün canlandırılması ilə bağlı araşdırma aparan və planları hazırlayan universitetin seçimi məsələsinə yenidən baxılmalıdır.”

Bu sözləri Urmiyə Universitetinin rəisi Rəhim Hobb-i Nəqi “Təsnim” xəbər agentliyi ilə danışıqda bildirib.

“Urmu gölünün canlandırılmasının hansı universitetə tapşırılması məsələsi xüsusi əhəmiyyət daşıyır. Şübhəsiz ki, Tehranın Şərif universiteti Urmiyə universiteti ilə əməkdaşlıq edərsə, daha yaxşı nəticə əldə olunar. Urmiyə universiteti gölə yaxın olduğu üçün proseslərdə monitorinq qrupu kimi rol oynaya bilər və bu çox önəmli məsələdir. Biz bütün işlərin Urmiyə universitetinə tapşırılmasını istəmirik. Əksinə, birgə fəaliyyətinin yaxşı nəticə verəcəyinə inanırıq. Bu günə qədər göldə yaranan böhranı aradan qaldırmaq üçün Urmiyə universitetinin irəli sürdüyü ideyalar daha elmi və əməli cəhətdən daha məqsədə uyğun olubdur”- deyə o bildirib.
Universitet rəisi sözlərinin davamında deyib: “Göllə bağlı Urmiyə Universitetinin işçi qrupu, gölün canlandırılması üçün həyata keçirilən bugünkü üsulun yalnış olduğunu bəri başdan söyləmişdir. Təəssüflə indi universitetimizin dediyi fərziyyənin doğru olduğuna şahidik.”

“Urmiyə Universitetində Urmu gölü ilə əlaqəli olan bütün fənnlər tədris olunur. Bu universitetin su mühəndisliyi, kənd təsərrüfatı və ətraf mühit üzrə elmi qrupları ölkə üzrə birincilər sırasındadır. Bura Urmiyədir, Universitetimiz elmi potensialından başqa bölgədə yerləşdiyi üçün Urmu gölünə böyük töhfələr verə bilər. Ona görə də dövlət bu işdə Urmiyə universiteti və onun məsuliyyətli mütəxəssislərindən istifadə etməlidir.”- deyə R.Hobb-i Nəqi əlavə edib.

Qeyd edək ki, dövlət Urmu gölünün bərpası işlərini Urmu Gölünü Canlandırma Mərkəzi və Tehranın Şərif Universitetinə tapşırıb. Sözdə Uzun müddət fəaliyyətdən sonra Urmu gölündə heç bir dəyişikliyin olmaması səbəbindən yerli məsullar gölün bərpasını digər icra qurumu və universitetə tapşırılmasını tələb edirlər.
Bu xəbər oxucular tərəfindən 609 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed