Şrift:
ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan edilib
03.10.2017 [10:06] - Hadisə
ABŞ-da Las-Veqas şəhərinin (Nevada ştatı) yerləşdiyi Klark dairəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Bu barədə dairə administrasiyasının “Tvitter” səhifəsində bildirilib

Məlumata görə, qərarla dairənin müvafiq strukturları faciənin fəsadlarının aradan qaldırılması üçün səfərbər edilir.

Qeyd edək ki, ötən gecə Las-Veqasın “Mandalay Bay” hotel-kazino kompleksi yaxınlığında keçirilən musiqi festivalı zamanı 64 yaşlı yerli sakin Stiven Paddok izdihama atəş açıb, daha sonra isə intihar edib. Hadisə nəticəsində 59 nəfər ölüb, 527 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Bu xəbər oxucular tərəfindən 436 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed