Şrift:
Polis üçün yubiley medalı təsis olundu
03.10.2017 [10:09] - Gündəm
"Azərbaycan Polisinin 100 illiyi (1918-2018)" yubiley medalı təsis olunub.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bu yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranları, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsində iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif ediləcəklər.

İclasda çıxış edən Milli Məclisin deputatı Çingiz Qənizadə bildirib ki, bu gün Azərbaycan dünyanın ən stabil ölkələrindən biridir.

“Bu istiqamətdə Azərbaycan polisinin böyük xidmətləri var. Polis orqanlarının 95 illiyi ilə bağlı yubiley müdalından sonra yeni medalın təsis edilməsi təqdirəlayiq haldır”.
Bu xəbər oxucular tərəfindən 481 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed