Şrift:
Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində "Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış edəcək.
04.10.2017 [09:50] - Gündəm, Afişa, Mədəniyyət
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı cəzaçəkmə müəssisələrində "Qeyri-adi məhkəmə" tamaşası ilə çıxış edəcək.
Tamaşanın oktyabr – noyabr aylarında Ədliyyə Nazirliyinin Tibb baş İdarəsinin 18 tamaşa olmaqla 15 cəzaçəkmə müəssisəsində nümayişi planlaşdırılıb.
Tamaşa interaktiv üslubda - seminar tamaşa janrında hazırlanıb. Quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru İntiqam Soltan, ssenari müəllifi Arzu Soltandır. Təsadüfən iynədən istifadə edən kişi SPİD-ə yoluxur və başına gələn bu hadisədən sonra tək özünü deyil, onlardan əziyyət çəkən, həyatı məhv olan, yaxınlarını itirən insanların timsalında narkomaniyanı, alkoqolu və SPİD-i məhkəməyə verir. Bu xəstəlikdən əziyyət çəkən cəmiyyətin bütün təbəqələrindən olanlar məhkəmədə zərərçəkmiş və şahid qismində dindirilirlər, SPİD-in və narkomaniyanın fəlakətlərinə qarşı həyacan təbili çalınır.
Tamaşa maarifləndirici xarakter daşıyır
Tamaşada iştirak edirlər İntiqam Soltan, İlhamə Əhmədova, Əli Quluu Səmədov, Niyaz Qasımov, Cavanşir Məhərrəmov, Türkan Şahmarlı, Rəfael Muradxanlı, Şahin Kazımov, Günay Pirizadə və başqaları.
Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed