Şrift:
MDHP Gənclər Təşkilatının rəhbərliyi 28 May Respublika gününü qeyd edib.
28.05.2012 [14:01] - Gənclik, MDH
Novxanıda M.Ə.Rəsulzadənin büstü ziyarət edilib.

Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının İdarə Heyəti 28 May Respublika günü münasibətilə Novxanıda Ulu Öndər Məhəmməd Əmin Rəsulzadənin büstünü ziyarət edib. Çıxış edən gənclər təşkilatının sədri Seymur Həsənli qeyd edib ki, hər bir millətin həyatında bir xilaskar olur, bizim də xilaskarımız M.Ə.Rəsulzadədir. “Rəsulzadə, haqqında ensiklopediyalar yazılacaq qədər dahi bir şəxsiyyətdir. Ona görə də, onun haqqında qısa danışmaq çox çətindir. Milli dava aparan hər kəs Rəsulzadədən nümunə götürməlidir. Biz onu oxuyanda görürük ki, harda milli dava varsa, onun mərkəzində Rəsulzadə var. 1905-ci il Səttərxan hərəkatında iştirakı və müxtəlif formalarda dəstəyi, onun Bütöv Azərbaycançı düşüncəsinin və konkret fəaliyyətinin göstəricidir. Hələ 1917-ci ildə Azərbaycandan və bütün Türküstandan o zamankı Çar Rusiyasının parlamentinə deputat seçilməsi onun Turançı düşüncəsinin və fəaliyyətlərinin göstəricisi idi. Rəsulzadə bəlkə də dünyanın ən kamil sözünü demiş bir insandır: “Bir kərə yüksələn bayraq, bir daha enməz!” Kim nə deyir desin, bütün Şərqdə və Türk Dünyasında ilk Cümhuriyyəti quran M.Ə.Rəsulzadədir! Nə mutlu bizə ki, bu cümhuriyyət Azərbaycan Xalq Cümhuriyyəti idi. Türk Dünyasının ən böyük liderlərindən biri, Türkiyəmizin qurucusu M.Ə.Rəsulzadə haqqında çox gözəl deyib: "Mən dünyaya səndən üç sənə erkən göz açmışam. Ancaq bütün Türk aləmində Türkün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir!"”
Sonra gənclərdən Hüseyin Günəşli, Mehmet Akçay, Mehman Həsən, Nicat Cəmilzadə, Sübhan Həmidli, Mehman Məmmədov, Seymur Bağırov, Ceyhun Nəbiyev çıxış edərək Rəsulzadənin miras qoyduğu 114 min kv km torpaqdan 63 min kv km-nin nəzarətimizdə olduğunu vurğulayıblar. Buna görə də Bütöv Azərbaycanı qapsayan Turan davasında daha səmərəli fəaliyyət göstərmək üçün müxtəlif çıxışlar ediblər.
Qeyd edək ki, Rəsulzadənin büstünü ziyarətlə başlayan tədbir şəhərin restoranlarının birində bayram süfrəsi ətrafında davam etdirilib.

Nicat Cəmilzadə

Foto-1
MDHP Gənclər Təşkilatının rəhbərliyi 28 May Respublika gününü qeyd edib.













Foto-2
MDHP Gənclər Təşkilatının rəhbərliyi 28 May Respublika gününü qeyd edib.













Foto-3
MDHP Gənclər Təşkilatının rəhbərliyi 28 May Respublika gününü qeyd edib.
Bu xəbər oxucular tərəfindən 1737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed