Şrift:
Bu həftədən QMİ-nin təşkilatçılığı ilə müqəddəs şəhərlərə ziyarətlər başlayır
04.10.2017 [10:20] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müqəddəs şəhərlərə zəvvarların aparılmasına başlayır.
İdarədən bildirilib ki, oktyabrın 6-da avtobusla ilk zəvvar qrupu yola salınacaq.
Zəvvarlar ziyarət sırasında Kərbəla, Nəcəf, Samirə və Məşhəd kimi müqəddəs sayılan şəhərləri ziyarət edəcəklər.
QMİ-dən bildirilib ki, ziyarət sırasında zəvvarların təhlükəsizliyini, otellə təmin olunmasını və s. məsələləri qurumun müqavilə bağladığı İraqdakı şirkətlərdən biri həyata keçirəcək.
Qeyd edək ki, ziyarət üşün nəzərdə tutulan paketin qiyməti 300 dollardır. Ziyarətlər qruplar toplandıqca həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 528 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed