Şrift:
Cavad xanın abidəsi ucaldılacaq
29.05.2012 [01:21] - Hadisə
Gəncənin sonuncu hakimi Cavad xanın abidəsinin ucalıdalması haqda şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev fikirlər səsləndirib.

O, bildirib ki, Gəncə xanının adını daşıyan küçənin yüksək səviyyədə təmirindən sonra bu zərurət də meydana çıxıb. Abidənin Gəncənin Şəmkir istiqamətindən girişi hissəsində qoyulması nəzərdə tutulub. Çünki Cavad xanın son döyüşü o zamanlar «Quru qobu» adlanan bu ərazidə baş verib. Gəncə xanı rus işğilçılarına həmləsini məhz bu ərazidə dəf edərək, son istinadgahı olan «Gəncə qalası»na sığınıb. Qeyd edək ki, abidə üçün sözügedən ərazidə 3 hektar yer ayrılıb. Ərazidə heykəllə yanaşı park və istirahət guşəsinin də salınması nəzərdə tutulub. Abidənin ucaldılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfində tender elan olunub.
Bu xəbər oxucular tərəfindən 854 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed