Şrift:
Azərbaycan millisi futbolçu itkisi ilə üzləşib
04.10.2017 [10:28] - İdman
Çexiya və Almaniya yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup matçları ərəfəsində Azərbaycan milli komandası futbolçu itkisi ilə üzləşib.
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedev zədəli olduğu üçün heyətdən çıxarılıb.
O, hazırda təlim-məşq toplanışında olan millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Azərbaycan yığması Çexiya ilə oktyabrın 5-də Bakıda, Almaniya ilə oktyabrın 8-də Kayzerslauterndə üz-üzə gələcək.
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed