Şrift:
Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib
04.10.2017 [10:30] - Siyasət
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynadan siyasi sığınacaq istəyib.

Bunu Saakaşvilinin vəkili Markiyan Qalabala deyib.

Onun sözlərinə görə, Ukraynanın Miqrasiya Xİdməti hələlik Saakaşvilinin müraciətinə cavab verməyib. Halbuki qanuna görə, siyasi sığınacaqla bağlı müraciətə 24 saat ərzində cavab verilməlidir.

Bildirilir ki, Ukrayna hökuməti siyasi sığınacaq istəyən Saakaşvilini ekstradisiya edə bilməz.

Qeyd edək ki, Gürcüstan tərəfi Ukraynadan Saakaşvilinin ekstradisiyasını tələb edir.
Bu xəbər oxucular tərəfindən 41 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed