Şrift:
Klimkin: "Qarabağ məsələsinin dondurulması yalnız Rusiyanın marağındadır"
04.10.2017 [10:32] - Gündəm, Siyasət
"Ukrayna hazırda BMT Təhlükəsizilik Şurasının üzvüdür. Amma biz Rusiyanı məsuliyyətə cəlb edə bilmirik. Ona görə ki, onun veto hüququ var".

Bu sözləri Bakıda səfərdə olan Ukraynanın xarici işlər naziri Pavlo Klimkin deyib. O bildirib ki, BMT-nin işində problem və qeyri-effektivlik var: "Əsas məsələ bu sahədə həmrəylikdir. Biz bir-birimizə kömək etməliyik. Məsələn, Azərbaycan bizə aktiv olduğu təşkilatlarda kömək edir. İslam Əməkdaşlıq Təşkilatını göstərmək olar. Biz gələcəkdə ora müşahidəçi üzv olmaq istəyirik. Hamımız ərazi bütövlüyümüzü bərpa etmək istəyindəyik və buna görə bütün yollara əl atmalıyıq. Ən yaxşı yol təbii ki, siyasi yoldur".

Nazir Dağlıq Qarabağ və Ukrayna məsələsi arasında paralellik aparmaq istəməyib: "Qarabağ məsələsi başqa siyasi şərtlərdə baş verib. Qarabağ məsələsi real dondurulmuş münaqişədir ki, bu da yalnız Rusiyanın marağındadır".
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed