Şrift:
104 ədəd arxeoloji tapıntı muzeyə təhvil verildi
04.10.2017 [10:48] - Mədəniyyət
AMEA-nın Milli AzərbaycanTarixi Muzeyi tarixi irsimizin tədqiqi, təbliği və mühafizəsini həyata keçirmək məqsədilə cari ildə də maddi-mədəniyyət nümunələrinin qəbulunu davam etdirib. Qəbul edilmiş nümunələr arasında 104 ədəd arxeoloji, 1 ədəd təsadüfi tapıntı var. Sözügedən nümunələr 2017-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk orta əsrlər arxeologiyası şöbəsinin əməkdaşları tərəfindən Şamaxı rayonu Dəmirçi kəndi yaxınlığındakı nekropolda tapılıb.

Tapıntılar məişət avadanlığından - mətbəx və süfrə qablarından, metal bəzək nümunələrindən, müxtəlif tərkibli muncuq düzümlərindən, eləcə də hərb işində istifadə olunmuş dəmir qılınc və xəncər tiyələrindən ibarətdir.

Aşkar olunan maddi mədəniyyət nümunələrinin antik dövrə aid olması ehtimal edilir. Yeni arxeoloji tapıntılar Şirvan bölgəsinin maddi mədəniyyətinə aid olub, təmsil etdikləri dövrdə dulusçuluq, bədii metalişləmə sənətinin inkişaf səviyyəsi, eləcə də hərb sənəti haqqında dolğun təssəvvür yaradır. Həmçinin, bu tapıntılar Qafqaz Albaniyası əhalisinin dəfn adətlərini, məişətini, əlaqələrini və bədii zövqünü özündə əks etdirən məxəz kimi də dəyərlidir.
Bu xəbər oxucular tərəfindən 59 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed