Şrift:
“Qostəreşe fulad” klubunda yeni təyinatlar
04.10.2017 [10:54] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Qostəreşe fulad” klubunda son günlərdə bir neçə yeni təyinat olub.

Bu barədə klubun icraçı direktoru Huşəng Nəsirzadə mətbuata məlumat verib.

Onun sözlərinə görə, ötən günlərdə “Qostəreşe fulad” komandasının baş məşqçi vəzifəsinə təyinat almış Firuz Kərimi oktyabrın 2-də klubla bağladığı müqaviləni imzalayıb. Baş məşqçinin Şərqi Azərbaycan Əyaləti Futbol Heyətinin ofisində müqaviləyə imza atdığı bildirilir.
Bundan əlavə, klubun icraçı direktoru Fərşad Fəlahətzadə, Rza Sai və Mehdi Nadiri Nəsəbin klubun texniki heyətinə əlavə olduğu barədə məlumat verib.

Sentyabrın 28-də Təbriz derbisi görüşü keçirildikdən dərhal sonra “Qostəreşe fulad”ın idarə heyəti baş məşqçinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edib.
İran futbol klublarının super liqa yarışlarının 8-ci həftəsində keçirilən görüşdə “Qostəreşe fulad” 1:2 hesabı ilə qardaş komanda “Traxtur”a uduzmuşdur.

klubun idarə heyətinin qərarına əsasən Luka Bonaçiç “Qostəreşe fulad”ın baş məşqçi vəzifəsindən kənarlaşdırılıb. Bundan bir gün sonra sentyabrın 29-da klub rəhbərliyi yerli baş məşqçi Firuz Kərimi ilə razılığa gələrək onu komandanın baş məşqçi postuna təyin edib.

“Qostəreşe fulad” Luka Bonaçıçın dövründə 8 görüşdə 7 xal (imtiyaz) qazanıb. Komanda 2 görüşdə udub, 5-də uduzub, bir görüşü isə bərabər hesabla başa vurub. Hazırda “Qostəreşe fulad” super liqa yarışları üzrə turnir cədvəlinin 16-cı pilləsindədir.

N.S
Bu xəbər oxucular tərəfindən 78 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed