Şrift:
Rusiya Ədliyyə Nazirliyi Türkiyə diasporunu rəsmən qeydiyyata alıb
05.10.2017 [06:23] - Diaspor
Rusiyanın birdən-birə dörd regionunda Türkiyənin diaspor təşkilatları açılııb.
Rusiya Ədliyyə Nazirliyi "Türk icması" Türkiyə mədəniyyətinin inkişafı və dəstəklənməsi, Rusiya-Türkiyə münasibətləri və dostluğu regionlararası ictimai təşkilatını rəsmən qeydiyyata alıb.
Türkiyə diasporu Moskvada, Moskva vilayətində, Voronej və Samara vilayətlərində fəaliyyət göstərəcək.
Rusiyadakı Türkiyə diasporunun lideri Yusuf Şen açıqlamasında təşkilatın faktiki olaraq beş ildir fəaliyyət göstərdiyini bildirib.
"Bu müddət ərzində diasporumuz bir çox konfranslar, görüşlər, festivallar, televerilişlər və s. təşkil edib və onlarda iştirak edib. Rusiya-Türkiyə dostluğu üşün göstərdiyimiz səylərimizi çoxaltmaq üçün rəsmi təşkilat kimi qeydiyyatdan keçmək qərarına gəldik. Məqsədimiz Rusiya-Türkiyə münasibətlərini inkişaf etdirmək, Rusiyada Türkiyə mədəniyyətini təbliğ etmək, hər iki tərəf üçün mühüm olan layihələrdə iştirak etmək, həmvətənlərimizə yardım etməkdir", - Y.Şen vurğulayıb.
O, həmçinin Türkiyə diasporunun Azərbaycanın Rusiyadakı ictimai təşkilatları ilə fəal əməkdaşlıq edəcəyini açıqlayıb.
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed