Şrift:
TÜRKSOY-un baş katibi ali xidmət mükafatı ilə təltif olunub
05.10.2017 [06:32] - Xəbərlər, Türk dünyası-Turan
Türkiyə Xarici İşlər Nazirliyi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi, professor Düsen Kaseinovu ali xidmət mükafatı ilə təltif edib.

TÜRKSOY-un katibliyindən verilən məlumata görə, mükafat D.Kaseinova Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tərəfindən Ankarada təqdim olunub.

Nazir M.Çavuşoğlu TÜRKSOY-un baş katibinin türk dünyası qarşısındakı tarixi xidmətlərinin yüksək qiymətləndirildiyini deyərək D.Kaseinovun gələcək fəaliyyətində daha böyük nailiyyətlər qazanacağına əminliyini ifadə edib.

Təqdim olunan mükafatı böyük sevgi ilə qəbul etdiyini vurğulayan Düsen Kaseinov bildirib ki, bu mükafat Türk dünyasının mədəniyyətinin inkişafında xidmətləri olan bütün yaradıcı insanların əməyinə verilən qiymətin nümunəsidir.

Sabir Şahtaxtı
Bu xəbər oxucular tərəfindən 458 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed