Şrift:
QMİ İraqın şəhərlərinə təşkil edəcəyi ziyarətlərin təhlükəsizliyinə hansı şəkildə zəmanət verdiyini açıqlayıb
05.10.2017 [11:25] - İslam dini
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İraqın şəhərlərinə təşkil edəcəyi ziyarətlərin təhlükəsizliyinə hansı formada zəmanət verdiyini açıqlayıb.
QMİ-dən cavab olaraq bildirilib ki, zəvvarların təhlükəsizliyini İraqın tanınmış bir şirkəti həyata keçirsə də, rəsmi Bağdadın da prosesdən xəbəri var: "Zəvvarların təhlükəsizliyini qorumaq üçün QMİ tərəfindən İraqın bu sahədə tanınmış bir şirkəti ilə müqavilə bağlanıb. Bağlanmış müqavilə İraqın Azərbaycandakı səfirliyi tərəfindən təsdiq olunub. Yəni, dövlət bu proseslə bağlı məlumatlandırılıb".
Qeyd edək ki, QMİ tərəfindən Kərbəla, Samirə, Nəcəf və İranın Məşhəd şəhərlərinə aparılacaq ilk zəvvar qrupunun oktyabrın 6-da yola çıxması nəzərdə tutulub. Ziyarətin qiyməti 300 dollar müəyyənləşdirilib.
Bu xəbər oxucular tərəfindən 26 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed