Şrift:
İranın Azərbaycana qarşı təxribatları davam edir
29.05.2012 [12:14] - Güney Azərbaycan xəbərləri
Bu ölkənin rəsmi xəbər agentliyi İRİB Azərbaycan Xalq Cümhuriyyətinin İran ərazisində qurulduğunu yazıb.İranın rəsmi xəbər agentliyi İRİB (İslamic Republik of İran Broadcasting) 28 May - Azərbaycanın Cümhuriyyət Günü ilə bağlı təxribata yol verib. Xəbərdə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə guya İran ərazisində qurulduğunu yazıb.Məlumatda qeyd edilir ki, 28 may 1918-ci ildə ilk dəfə "Azərbaycan Cümhuriyyəti" adlı dövlət qurulub. Rüsvayçı Gülüstan və Türkəmənçay müqavilələri əsasında İran ərazisindən qoparılmış yerlərdə qurulan dövlətin İstiqlaliyyət Bəyannaməsi və digər rəsmi dövlət sənədlərində rəsmi adı məhz "Azərbaycan Cümhuriyyəti" qoyulub. İran dövləti isə bu adın qoyulmasına ciddi etiraz etməyib. "Baxmayaraq ki, Azərbaycan ərazisi əsasən İranın tərkibində yerləşirdi və keçmişdə Araz çayının şimalındakı İrandan qoparılmış ərazinin başqa adlarla adlanırdı".
Bu xəbər oxucular tərəfindən 1343 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed