Şrift:
Ərdəbil Əyalətində iqtisadi layihələr qeyri-müəyyən vəziyyətdə qalmamalıdır – Valilik rəsmisi
06.10.2017 [06:58] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ərdəbil Valiliyinin icraçı direktoru İqbal Abbasi təmsil etdiyi əyalətin iqtisadi geriləməsi ilə bağlı həyəcan təbili çalıb.

O bu barədə Ərdəbil Əyaləti Ticarət, Mədən və Sənaye İdarəsində istehsalın qarşısında duran maneləri qaldırmaq mövzusunda keçirilən iclasda danışıb.

“Biz, müxtəlif bəhanələrlə iqtisadi layihələrin qeyri-müəyyən vəziyyətdə saxlanılmasına icazə verməməliyik. Ona görə ki, bu vəziyyət davam edərəsə , əyalətdə iqtisadi durğunluq yaranacaq”- deyə İ.Abbasi bildirib.

Valiliyinin icraçı direktoru iqtisadi və ticarət müəssisələrinin vəziyyətdən çıxması üçün çıxış yolu da göstərib: “Müəssisələr gecikdirilmiş kreditlərin faizini ödədikdən sonra yenidən kredit ala bilsələr, bir çox problem öz həllini tapar. Bu həmdə müqavimət iqtisadiyyatı üsuluna uyğundur. Fəallaşdırma Şurasının banklara təqdim etdiyi müəssisələrin işinə qısa zamanda baxılmalıdır. Lakin Şuranın təsdiqlədiyi müəssisə banka müraciət etmirsə, o zaman həmin müəssisə digəri ilə əvəz edilməlidir.”

İ.Abbasi sözlərinin sonunda turizm sənayesinin əhəmiyyətinə də toxunub. “Ərdəbil Əyalətində turizm sahəsini gücləndirmək lazımdır. Əyalətimiz turizm əyaləti olduğu üçün turizm sənayesi ilə bağlı bütün layihələr prioritet əhəmiyyət kəsb edir”- deyə o vurğulayıb.

N.S
Bu xəbər oxucular tərəfindən 420 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed