Şrift:
Lavrov: "Xəzərin statusu ilə bağlı danışıqların tezliklə finişə çatacağına ümid edirik"
06.10.2017 [11:00] - Gündəm, Siyasət
Moskva Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyaya hazırlıq prosesinin tezliklə finiş xəttinə çatacağına ümid edir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı ilə keçirdiyi danışıqların yekununda deyib.

O qeyd edib ki, Qazaxıstan Xəzərin hüquqi statusu ilə bağlı 5-ci sammitə ev sahibliyi etməyə hazırlaşır: “Biz ümid edirik ki, 5 ölkə başçısının razılaşdığı kimi, sammit gələn il baş tutacaq. Biz bu gün Konvensiya üzrə hazırlıq prosesini müzakirə etdik”.
Bu xəbər oxucular tərəfindən 387 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed