Şrift:
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi bu ölkələrdə də qeyd ediləcək - SİYAHI
06.10.2017 [11:13] - Xəbərlər, Siyasət
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən tədbirlər planı hazırlanıb.

Rəsmi məlumata görə, tədbirlər planında 2018-ci ilin may ayı ərzində xaricdə fəaliyyət göstrən Azərbaycan diaspor təşkilatları tərəfindən Cümhuriyyətin 100-cü ildönümünə həsr olunmuş müxtəlif səpkili tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Cümhuriyyətin 100 illiyinin dünyanın bir sıra ölkələrində - Türkiyə, Amerika Birləşmiş Ştatları, Kanada, Almaniya, Belçika, Finlandiya, Norveç, Danimarka, Niderland Krallığı, Çexiya, Serbiya, Polşa, Qazaxıstan, Özbəkistan və digər ölkələrdə qeyd edilməsi planlaşdırılır.

Bu münasibətlə həmin ölkələrdə mədəni-kütləvi tədbirlər, azərbaycanlı rəssamların sərgisi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə çalışan dövlət və hökumət nümayəndələrinin fotoşəkillərindən ibarət fotosərginin təşkili, tanıtım videolarının hazırlanıb yayılması, Cümhuriyyət tarixinə həsr olunmuş sənədli filmlərin nümayişi, müxtəlif şəhərlərin mərkəzi meydanlarında Azərbaycan stendinin qurulması, yürüş, idman yarışları, konfrans, seminlar və digər tədbirlərin keçirilməsi gözlənilir. Türkiyənin İstanbul şəhərində isə bu tədbirlərlə yanaşı, “Azərbaycan Xalq Cümhuriyyəti – 100-cü il” adlı parkın açılışı da planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 460 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed