Şrift:
Fərəc Quliyev Cavid Qurbanovu təbrik etdi
06.10.2017 [12:44] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deputat həmkarı Cavid Qurbanova təbrik məktubu ünvanlayıb. O, Azərbaycan üçün mühüm əhəmiyyətə malik Bakı-Tiflis-Qars dəmir yolunun istismara verilməsi və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatında qazandığı uğurlardakı xidmətlərinə görə C.Qurbanovu təbrik edib və ona təşəkkürünü bildirib.
F.Quliyevin həmin məktubunun mətnini təqdim edirik:

“Hörmətli Cavid müəllim!

Sizə göstərilən bütün ehtimadları doğrultmaqla yanaşı, böyük layihələrə imza ataraq barənizdə bacarıqlı və uğurlu insan düşüncəsini yaratmış olursunuz.
Bu gün regionun ən böyük nəqliyyat dəhlizi olan Bakı-Tiflis-Qars dəmir yolu layihəsində Sizin "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri kimi xüsusi xidmətlərinizin və zəhmətinizin olması hər kəsə məlumdur. Azərbaycan üçün mühim olan bu dəmir yolunun artıq istismara verilməsi xalqımız üçün böyük bir uğurdur və bu uğurda da Sizin böyük payınız vardır.
Üzərində çalışdığınız digər iqtisadi layihələrin də uğurla tamamlanacağından əminliyimizi bildirmək istəyirik.

Eyni zamanda, ölkəmizdə keçirilən qadın voleybolçular arasında Avropa çempionatının yüksək səviyyədə təşkilinə və qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının bu yarışlarda qazandığı uğurlara görə də Sizi Voleybol Federasiyasının prezidenti kimi təbrik edirik. Bu qələbələrin arxasında duran zəhməti və işin qurulmasının çətinliyini tam olaraq anlayırıq. Böyük zəhmət hesabına əldə edilmiş nəticə Azərbaycan idmanı üçün böyük bir töhfədir. Qələbələrin davamlı olmasını və bizə bunun sevincini yaşatmağınızı arzulayırıq.

Həm bir millət vəkili kimi, həm məsul oduğunuz mühüm vəzifələrdə, həm ölkənin inkişafı istiqamətindəki ictimai-siyasi fəaliyyətdə, həm idmanın inkişfında, həm də elmi və bədii yaradıcılıqda əldə etdiyiniz bütün uğurlarla bağlı milli düşüncəli bir insan kimi Sizi şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından təbrik edir, işgüzar fəaliyyətinizdə böyük nəaliyyətlər arzulayırıq.”

MDHP Mətbuat Xidməti
Bu xəbər oxucular tərəfindən 151 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed