Şrift:
Tramp İran üzrə yeni strategiyasını təqdim etmək niyyətindədir
07.10.2017 [06:45] - Güney Azərbaycan xəbərləri
ABŞ prezidenti Donald Tramp Tehranla nüvə sazişində dəyişiklikləri nəzərdə tutan, İran üzrə yeni strategiyasını təqdim etməyə hazırlaşır.
Bu haqda hökumət məmurlarına istinadən "NBC" telekanalı xəbər verib.
Qeyd olunur ki, o, öz planının detallarını gələn həftə elan etmək niyyətindədir.
Tramp İranla nüvə razılaşmasının ABŞ-ın milli təhlükəsizlik maraqlarına cavab vermədiyini xüsusi olaraq bildirəcək.
Telekanal qeyd edib ki, daha əvvəl Ağ Evin mətbuat katibi Sara Sanders yeni, hərtərəfli strategiyanın yaxın günlərdə elan ediləcəyini və Tehranın təkcə nüvə proqramının deyil, "bütün pis davranışı"nın nəzərə alınacağını deyib.
Bu xəbər oxucular tərəfindən 375 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed