Şrift:
Qırğız Respublikası baş nazirinin müavini avtomobil qəzasında ölüb
07.10.2017 [06:47] - Hadisə
Qırğız Respublikası baş nazirinin müavini Temir Cumakadırov avtomobil qəzası nəticəsində vəfat edib.
Oktyabrın 7-də Bişkek – Kara-Balta avtomobil yolunda baş nazirin müavinin içində olduğu avtomobil “KamAZ” markalı yük maşını ilə toqquşub.
İnformasiyaya əsasən, hadisə nəticəsində Temir Cumakadırovla yanaşı, köməkçisi və sürücüsü vəfat ediblər.
Baş nazirin müavini qarşıdan gələn prezident seçkisinin keçirilməsi məqsədi ilə yaradılan Respublika Mərkəzi seçki qərargahına başçılıq edirmiş. O, seçki məntəqələrinin hazırlığını yoxlamaq üçün Talas şəhərinə gedirmiş.
Yük maşınının sürücüsü xəstəxanaya yerləşdirilib.
Hadisənin səbəbi ilə bağlı heç bir ehtimal irəli sürülməyib.
Bu xəbər oxucular tərəfindən 428 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed