Şrift:
“Sepah”ın daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib
07.10.2017 [07:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran İnqilab Keşikçiləri Korpusunun “Sepah” Suriyada həlak olmuş daha 1 iranlı muzdlusunun cənazəsi ölkəyə gətirilib.

Bəşər Əsədə və onun rejiminə yardım məqsədilə Suriyaya göndərilmiş “Sepah”çı Məhəmməd Cavdani Bafekr, bir neçə gün əvvəl bu ölkədə müxalif qüvvələrə qarşı keçirilmiş əməliyyatların birində həlak olub. Onun Suriyanın konkret hansı bölgəsində öldürüldüyü haqda məlumat yayılmayıb. Cənazəsi ölkəyə gətirilən “Sepah”çı, oktyabrın 6-da İranın Məşhəd şəhərində torpağa tapşırılıb.


İran rejimi, Bəşər Əsədə yardım məqsədilə Suriyaya göndərdiyi qüvvələri “Zeynəb” hərəminin müdafiəçiləri adlandırır.


İran hökuməti Bəşər Əsəd rejiminin əsas sponsoru və onun mühüm himayədarlarından biri sayılır. Son illər, Suriya hökumətinə yardım məqsədilə bu ölkəyə göndərilmiş minlərlə “Sepah”çı, Əsədə müxalif qüvvələrin əli ilə öldürülüb. Həlak olanların əksəriyyətini isə İranda qaçqın həyatı yaşayan “Sepah”ın Əfqanıstan və Pakistan vətəndaşlarından ibarət “Fatimiyyun” və “Zeynəbiyyun” briqadalarının muzdluları təşkil edir.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed