Şrift:
Urmiyədə 3 nömrəli məntəqənin kürd bələdiyyə başçısı PKK tərəfdarı kimi tanınan siyasi fəallarla birgə iclas keçirib
07.10.2017 [07:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Ötən günlərdə İraq Kürdistanında separatçı referendumun keçirildiyi və kürd terror qruplaşmalarının Güney Azərbaycanın qərb bölgəsinə gülünc iddialarının artdığı bir vaxtda Urmiyədə diqqətçəkən bir təyinatla bağlı xəbər yayıldı.

Məlum oldu ki, seçilməsinə əhalinin etimadını qazanmaq üçün Azərbaycan Milli Hərəkatının da dəstək verdiyi Urmiyənin Bələdiyyə başçısı, bu şəhərin 3 nömrəli məntəqəsinin bələdiyyə başçısı postuna Cavad Həqiqi adlı bir kürdü təyin edib. Bu təyinatın Tehranın göstərişi ilə olduğu və kürd terror qruplaşmalarının bölgənin kürdləşdirilməsi hədəfinə xidmət etməsi kimsədə şübhə doğurmur.

Məlumata görə, bu təyinatdan bir neçə gün sonra C.Həqiqi kürddilli mühəndislərlə görüş adı altında PKK terror qruplaşmasının tərəfdarı kimi tanınan kürd siyasi fəallarla birgə görüş keçirib. Şərhçilərin fikrinə görə, iclasın mütəxəssislərlə görüş məqsədi güddüyü bildirilsə də, bunun təmami ilə siyasi xarakter daşıdığı aydındır. Ona görə ki, iclasa kürdlərdən başqa heç kim dəvət edilməyib.

“Kürd mühəndisləri camiəsi” adı altında keçirilən tədbir 3 nömrəli məntəqənin Bələdiyyə İdarəsində baş tutub.

Ötən ay Ruhani hökuməti dəstəklədiyi kürd terror qruplaşmalarının tələbini təmin etmək məqsədi ilə ilamlı radikal kürd Fridun Hümmətini Qərbi Azərbaycanın valı postuna təyin etmək istəyirdi, lakin yerli əhalinin ayıq-sayıqlığı və bir sıra azərbaycanlı məsulların etirazı nəticəsində bu mumkun olmadı, rejim geri addım ataraq qərarını dəyişdi.

PKK, Pjak və s. kimi kürd terror qruplaşmaları Güney Azərbaycanın qərb bölgəsini kürdləşdirərək bölgəni xəyali böyük Kürdistanın bir hissəsinə çevirmək istəyirlər. İran rejiminin də dəstək verdiyi plan müxtəlif üsullar, o cümlədən bölgədə kürd yerli məsulların sayını artırmaqla həyata keçirilir. Şübhəsiz ki, böyük xəyali Kürdistana xidmət edən bu gizli plan Azərbaycan türk millətinin ciddi etiraz və nigaranlığına səbəb olub.
Bu xəbər oxucular tərəfindən 535 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed