Şrift:
Müəmmər Qəddafinin daha bir oğlu öldürülüb
18.10.2011 [10:42] - Gündəm
Suriyanın paytaxtı Dəməşqdən yayımlanan Müəmmər Qəddafi tərəfdarlarına məxsus «Errai» televiziyası keçmiş Liviya liderinin oğlu Xamisin öldürüldüyünü təsdiq edib. Məlumata görə, xüsusi təyinatla qoşun birləşməsinin komandiri Xamis Qəddafi hələ avqustun 29-da qətlə yetirilib. Keçid Milli Şurasına məxsus hərbçilərin Tarhuna şəhərində keçirdikləri əməliyyat nəticəsində Xamisin əmisi oğlu Məhəmməd və təhlükəsizlik idarəsinin şefi Abdulla əs-Şənusi də öldürülüb.
Bu xəbər oxucular tərəfindən 1095 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed