Şrift:
Güney Azərbaycanda öyrəncilər Əfsanə Tuqir və digər tutuqlularla bağlı Bəyanat yayıblar
29.05.2012 [14:06] - Güney Azərbaycan xəbərləri
Təbriz universitetinin öyrənci fəalları Əfsanə Tuqir və digər tutuqlularla bağlı Bəyanat yayıblar.Bəyanatda mayın 21-i (xordadın 1-i) Milli Qiyamın 6-ci ildönümü ilə bağlı keçirilən kütləvi yürüşlər zamanı İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən zorakılıq şiddətlə məhkum edilib və rejimin bu kimi təzyiqlərinin Azərbaycan gənclərinə təsirli olmayacağı vurğulanıb.Öyrəncilər, yürüş günü universitet çəvrəsində fars şovinizminin muzdurları tərəfindən tutuqlanan Əfsanə Tuqirin günahsız olduğunu və sadəcə üzərində “Azərbaycan” adı daşıyan bir dərnəyə üzv olması üçün yaxalandığını bildiriblər. Onlar, eyni gündə Urmu şəhərində də 5 nəfər azərbaycanlı qəhrəman xanımın yaxalandığını xatırladıblar.Bəyanatda heç bir suç işləməyən soydaşlarımızın tutuqlanması məhkum edilib və vurğulanıb ki, “milli haqlarımızı bərpa etmək üçün lazım olan bədəli ödəyəcəyik. Bunun üçün ən yaxşı şanslardan biri yaxın günlərdə ümumdünya ətraf mühit günü (iyunun 5-i , xordadın 16-ı) haray səsimizi dünyaya çatdırmaqdır.
Bu xəbər oxucular tərəfindən 1215 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed