Şrift:
Quzey Qıbrıs Türk Cümhuriyyətinin adı dəyişdirildi
29.05.2012 [14:13] - Siyasət, Türk dünyası-Turan
Vətəndaşların milli mənsubiyyəti bundan sonra "Qibris türkü" yazılacaq.

Quzey Qıbrıs Türk Cümhuriyyətinin Nazirlər Kabineti ölkənin adını dəyişərək onun Qıbrıs Türk Cümhuriyyəti adlandırılması barədə qərar qəbul edib.

Nazirlər Kabineti müvafiq qərarı mayın 23-də qəbul edib. Cümhuriyyətin adının dəyişdirilməsi ilə yanaşı, ölkə vətəndaşlarına aid başqa qərarlar da qəbul edilib. Belə ki, hökumətin qərarı ilə ölkə vətəndaşlarının şəxsiyyət vəsiqələrindəki "milli mənsubiyyəti" qrafasında (rədif) bundan sonra "Qıbrıs türkü" yazılacaq.

Məlumatına görə, bu qərar iyulun 1-dən Qıbır Cümhuriyyətinin (yunan) Avropa İttifaqında sədrliyə başlamasına cavab olaraq qəbul edilib.
Bu xəbər oxucular tərəfindən 1532 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed