Şrift:
Tehranda Şeyx Məhəmməd Xiyabaninin məzarı təxrib edilib
09.10.2017 [11:35] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı sistemli təhriqamiz hərəkətlər davam edir.

Son günlərdə sosial şəbəkələrdə Məşrutə inqilabının böyük liderlərindən olan Şeyx Məhəmməd Xiyabaninin məzarının təxrib edildiyini əks etdirən video yayılıb. Videoda göründüyü kimi, İran rejiminin əlaltıları tarixi Məşrutə mübarizinin qəbir daşına hörmətsizlik edib, onun altını torpaqdan boşaldıblar.

Məlumata görə, qəbir inşaat layihəsinin icrası bəhanəsi ilə təxrib edilib.

Tehranda Şah Əbdüləzimdə yeləşən qəbiristanlıqda Şeyx Məhəmməd Xiyabanının məzarı Sərdar-i Milli Səttarxanın məzarının bir neçə metrliyində yerləşir. Hər iki məzar olduqca adi və baxımsız vəziyyətdədir. Bu məzarlar hətta zaman-zaman müxtəlif bəhanələrlər təxrib edilir və aşağılanır. Şeyx Məhəmməd Xiyabanının qəbir daşı 2014-cü il iyun ayında da naməlum şəxslər tərəfindən təxrib olunub, məzarın üstünə inşaat tullantıları atılmışdır.

Sərdar-i Milli Səttarxanın da məzarı Şəyx Məhəmməd Xiyabanının məzarı kimi baxımsız vəziyyətdə olub, lakin onun məzarı ötən illərdə Azərbaycan Milli Hərəkatı fəalları tərəfindən təmir edilib, təxrib edilmiş qəbir daşı isə yenisi ilə dəyişdirilib.

Cari ilin fevral ayında isə Salar-i Milli Baqirxanın Təbrizin Məfaxir Parkında yerləşən məzarı ətrafında ayaqqabı sərgisinin keçirilməsinə qərar verilib, lakin əhalinin kəskin etirazı nəticəsində bu qərar ləğv edilib.

Qeyd edək ki, azərbaycanlılar bu acınacaqlı vəziyyəti gördükləri üçün, uzun illərdir Azərbaycan qəhrəmanlarının məzarını Azərbaycan şəhərlərini köçürmək istəyir, lakin rejim buna imkan vermir.
Bu xəbər oxucular tərəfindən 556 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed