Şrift:
İsmayıllıda cüdo üzrə region birinciliyinə yekun vurulub
11.10.2017 [10:26] - İdman
İsmayıllıda Azərbaycan Cüdo Federasiyasının (ACF) dəstəyi ilə keçirilən region birinciliyinə yekun vurulub.
Şimal bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
2001-2003-cü il təvəllüdlü yeniyetmələrin birinciliyində İsmayıllı cüdoçuları daha yaxşı nəticə göstərərək ümumi komanda hesabında 1-ci yeri tutublar. Qaliblərə ACF-nin diplomları, medallar və hədiyyələr verilib.
Qeyd edək ki, Şimal regionu üzrə birincilikdə Oğuz, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan və Şamaxı cüdoçuları mübarizə aparıblar. Yeniyetmə cüdoçuların zona yarışları Qubada davam etdiriləcək.
Bu xəbər oxucular tərəfindən 492 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed