Şrift:
Abbas Lisani məhkəməyə çağırılıb
11.10.2017 [10:42] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Tanınmış azərbaycanlı milli-mədəni fəal, Ərdəbil sakini Abbas Lisani yaşadığı şəhərin İnqilab Məhkəməsinə çağırılıb.

Çağırış vərəqəsi oktyabrın 10-da fəalın Ərdəbildəki şəxsi evinə verilib.

Çağırışa əsasən o 3 gün ərzində Ərdəbil İnqilab Məhkəməsinin 3-cü Şöbəsinə müraciət etməlidir.

Azərbaycanlı fəalın hansı səbəbdən məhkəməyə çağırıldığı məlum deyil. Çağırış vərəqəsində bildirilib ki, “izhah vermək və dəlil gətirmək” üçün məhkəməyə müraciət edilsin.

Tanınmış fəalın hal-hazırda bağlanılmamış məhkəmə işi olmadığı üçün, onun avqust ayında Beynəlxalq Ana Dili Günü mərasimi ilə əlaqədar saxlanılan 30 fəalla birlikdə üzləşdiyi yeni ittihamlarla əlaqədar məhkəməyə çağırıldığı ehtimal edilir. Qeyd edək ki, A.Lisani və digər fəallar son məhkəmə iclasında müdafiə mətnini türk dilində yazıblar.

Tanınmış milli-mədəni fəal A.Lisani Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə müxtəlif təzyiqlərə məruz qalıb, o uzun illər məhbus həyatı yaşayıb.

Çağırış vərəqəsi:

Abbas Lisani məhkəməyə çağırılıb
Bu xəbər oxucular tərəfindən 12 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed