Şrift:
Fərəc Quliyev Almurad Əliyevin vəfatı ilə bağlı başsağlığı verib
11.10.2017 [12:49] - Xəbərlər, MDH, Fərəc Quliyev
Milli Azadlıq Hərəkatının liderlərindən olan, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev eks-prezident Əbülfəz Elçibəyin qardaşı Almurad Əliyevin vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:

“Almurad Əliyev olduqca dəyərli bir insan idi. Bir qardaş kimi Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyə daim dəstək olan Almurad bəy, özü də bir hərəkatçı kimi bütün milli fəalları öz doğma qardaşı hesab edirdi. O, heç vaxt vətəni və milləti üçün taleyüklü məsələlərə biganə qalmamış, həmişə ictimai-siyasi prosesləri yaxından izləmiş və əlindən gəldiyi qədər milli mövqe sərgiləmişdir.

Almurad bəy, həm mənsub olduğu ailənin nümayəndəsi kimi, həm də öz müsbət keyfiyyətləri ilə dəyər verdiyimiz bir insan olub.

Bu gün onun vəfatı xəbəri bizi dərindən sarsıtdı. Dərin hüzünlə şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası üzvləri adından Almurad bəyə Allahdan rəhmət, haqq dünyasında məkanının Cənnət, ruhunun şad olmasını diləyirik. Allah onun bütün doğma və yaxınlarına səbr versin.

O dəyərli bir ağsaqqal kimi bizim xatirimizdə yaşaycaq.”
Bu xəbər oxucular tərəfindən 297 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed