Şrift:
Ermənistan ordusunda əsgərlər zorla dini ibadətə cəlb olunurlar
12.10.2017 [10:46] - Gündəm, Hərb
Ermənistan ordusunda əsgərlərin ibadətə cəlb olunması narazılığa səbəb olub.

Bu gün Ermənistan parlamentində keçirilən dinləmələrdə müdafiə naziri Vigen Sarkisyan bu məsələyə toxunub.

Nazir Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyanın orduda əsgərlərin ibadətə və dua etməyə məcbur edilməsi, onların arasında ateist və digər dinə inananların olmasının nəzərə alınmaması barədə bəyanatına münasibət bildirərkən deyib ki, o, orduda hərbçilərin dua etməyə və xaç çəkməyə məcbur edilmələrinə dair halla qarşılamayıb.

Müdafiə naziri bildirib ki, belə hallar aşkara çıxarılsa, qanunu pozanları şəxsən cəzalandıracaq: “Eyni zamanda bizim dini institutumuzun nümayəndələri ordu psixologiyasında böyük rol oynayırlar və onlar hər zaman əsgərlərin yanındadır. Biz bu institutun möhkəmlənməsini davam etdirməliyik”.
Bu xəbər oxucular tərəfindən 399 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed