Şrift:
YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu nəticə verməyib
12.10.2017 [10:53] - Mədəniyyət
Parisdə baş tutan YUNESKO-nun baş direktoru postuna seçkilərin üçüncü turu da nəticə verməyib.

Namizədlərdən heç biri qələbə qazanmaq üçün kifayət qədər səs toplamayıb.

Seçilmək üçün namizəd 58 səsdən 30-u qazanmalıdır. Səsvermənin növbəti turu sabah baş tutacaq. Hazırda YUNESKO-nun baş direktoru postuna 5 ölkənin nümayəndəsi mübarizə aparır. Bunlar Qətər, Misir, Fransa, Çin və Livan təmsilçiləridir.

Qeyd edək ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu YUNESKO-nun baş direktoru vəzifəsinə namizədliyini oktyabrın 9-da keçirilmiş səsvermənin birinci turundan sonra geri götürüb.
Bu xəbər oxucular tərəfindən 10 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed