Şrift:
“Alibaba” dünyanın ən böyük elektron ticarət şirkətidir
12.10.2017 [10:56] - İqtisadiyyat
Çinin elektron ticarət nəhəngi “Alibaba” rəqibi “Amazon”u (ABŞ) üstələyərək dünyanın ən böyük elektron ticarət şirkəti ünvanına sahib olub.

Ötən gün birjada aksiyalarının qiyməti 1,2 faiz qalxan “Alibaba”nın bazar dəyəri 472,1 milyard ABŞ dollarını ötüb. Paralel olaraq “Amazon”un aksiyalarının qiyməti 0,87 faiz ucuzlaşaraq ümumi bazar dəyəri 471,9 milyard dollara düşüb.

Mütəxəssislər bu uğuru “Alibaba”nın elektron ticarət bazarında son iki ildə sürətlə irəliləməsinin məntiqi nəticəsi kimi dəyərləndirirlər. Cari ilin yanvarından bəri Nyu-York Fond Birjasında “Alibaba” 100 faiz dəyər qazandığı halda, “Amazon”da bu göstərici cəmi 30 faiz olub. Çin şirkətinin xalis gəliri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 96 faiz artaraq 2,1 milyard dollara çatıb. “Alibaba”nın elektron xidmətlərindən yararlananların sayı 466 milyon nəfərə çatıb ki, bu da Çin əhalisinin təxminən üçdə birini təşkil edir.

Şahin Cəfərov
Bu xəbər oxucular tərəfindən 9 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed