Şrift:
Lənkəranda Xalq Şairi Məmməd Arazın xatirəsi anılıb
12.10.2017 [10:57] - Mədəniyyət
Oktyabrın 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Xalq Şairi Məmməd Arazın xatirəsinə həsr olunmuş “Poeziya günü” keçirilib.

Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Mərkəzin foyesində şairin yaradıcılığına həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, layihənin ideya müəllifi Qardaşxan Əzizxanlı bildirib ki, Məmməd Araz Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biri kimi yaddaşlara köçüb. Vətən məhəbbəti, doğma yurdun füsunkar təbiəti, Qarabağ ağrıları onun poeziyasının əsas mövzularını təşkil edir.

Milli Məclisinin deputatı, yazıçı Aqil Abbas, Lənkəran Dövlət Universitetinin müəllimi, filologiya elmləri doktoru Yədulla Ağazadə, Azərbaycan Yazıçılar Birliyi Lənkəran şöbəsinin sədr müavini Ağamir Cavad çıxışlarında Məmməd Arazın yaradıcılığına xas olan sənətkarlıq xüsusiyyətlərindən danışıb, onun poeziyasının həmişəyaşar olduğunu diqqətə çatdırıblar.

Sonra Məmməd Araz yaradıcılığına həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

Tədbirdə Lənkəran Dövlət Universitetinin tələbələri və rayonun ümumtəhsil məktəblərinin şagirdləri Məmməd Arazın şeirlərini, Lənkəran şəhər 1 nömrəli musiqi məktəbinin müəllimləri isə şairin sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
Bu xəbər oxucular tərəfindən 11 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed