Şrift:
NBC: Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq
12.10.2017 [11:13] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ABŞ prezidenti Donald Tramp İranla nüvə razılaşmasına dair qərarını oktyabrın 13-də açıqlayacaq.

Bu barədə NBC telekanalı Ağ Ev administrasiyasındakı mənbəyə istinadən xəbər verib.

Bundan əvvəl “The Washington Post” qəzeti yazıb ki, Tramp İranla nüvə sazişinin ləğv olunması barədə bəyanatla çıxış edəcək. Nəşrə görə, bu, nüvə sazişi ilə əlaqədar İrana qarşı ləğv olunmuş sanksiyaların bərpa edilməsi ilə nəticələnə bilər.
Bu xəbər oxucular tərəfindən 409 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed