Şrift:
Helsinki Komissiyası Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək
12.10.2017 [11:13] - Gündəm, Siyasət
Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.
Bu barədə komissiyanın saytında məlumat verilib.
"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq.
Bu xəbər oxucular tərəfindən 17 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed