Şrift:
Urmu Gölünün son vəziyyəti ilə bağlı “Şoristan” fotosərgisi keçiriləcək
12.10.2017 [11:20] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Cümə axşamı günü Təbrizdə Urmu Gölünün vəziyyətini əks etdirən “Şoristan” fotosərgisi keçiriləcək.

Fotosərgidə nümayiş etdiriləcək görüntülər hökumət rəsmilərinin gölün canlandırılması ilə bağlı yalan iddialarını ifşa edəcək.

Sərgidə təbrizli fotoqraf Pərisa Məleki tərəfindən Urmu gölünün son vəziyyətini əks etdirən xüsusi görüntü sərgilənəcək. Görüntü gölün hər zamandan daha çox ağır və acınacaqlı vəziyyətdə olduğunu göz önünə çəkir.

“Şoristan” fotosərgisi oktyabrın 12-dən 17-dək Təbriz Bələdiyyə İdarəsinin İncəsənət və Mədəniyyət Təşkilatında, Cəvahir binasının incəsənət xadimləri qalerisi bölümündə keçiriləcək.

Cümə axşamı günü saat 14:00-dən sərgiyə baxış keçirmək mümkün olacaq.

Qeyd edək ki, cari ilin birinci yarısında Urmu gölündə vəziyyət ötən illərlə müqayisədə daha çox gərginləşib, suyun səviyyəsi xeyli aşağı düşüb. Təbrizdə keçiriləcək fotosərgidə faciənin nə qədər yaxın olduğu və gölün nicatı ilə bağlı heç bir əməli tədbir görülmədiyi bir daha sübut olacaq.
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed