Şrift:
Müslüm Maqomayevin 75 illik yubileyi qeyd olunacaq
12.10.2017 [11:26] - Afişa
Opera və Balet Teatrı vaxtilə bu Teatrda çalışan görkəmli vokal, muğam və balet ustalarının xatirəsinə həsr olunmuş tamaşalar təşkil edir. Oktyabrın 21 - də nümayiş olunacaq növbəti belə tamaşa Müslüm Maqomayevin "Şah İsmayıl" operasıdı. Baba M.Maqomayevin qələmə aldığı opera bu dəfə nəvə Müslümün görkəmli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsinə həsr olunacaq. Məlum olduğu kimi, istedadlı müğənni Opera və Balet Teatrımızın solisti olduğu illərdə onun repertuarındakı ən populyar partiyalardan biri də Aslan şah rolu olub. Teatr baş tutacaq tamaşanı müğənninin 75 illik yubilyinə həsr edir. Tamaşada əsas partiyaları Əməkdar artistlər Təyyar Bayramov (Şah İsmayıl), İlahə Əfəndiyeva (Gülzar), Cahangir Qurbanov (Aslan şah", Afaq Ağayeva (Ərəbzəngi) ifa edəcəklər.

Dirijor Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed