Şrift:
Danimarkada parlament seçkilərində müxalifət qalib gəlib
16.09.2011 [11:12] - Gündəm
Danimarka hökumətinə ilk dəfə qadın rəhbərlik edəcək

Danimarka sol və mərkəzçi partiyalarının koalisiyası erkən parlament seçkilərində qalib gəlib. İlkin hesablamalara görə sol-mərkəzçilər yeni parlamentdə 89 yerə sahib olacaqlar.

Liberal, Mühafizəkar, Danimarka Xalq partiyalarından və Liberal alyansdan ibarət sağ-mərkəzçi koalisiya 10 illik hakimiyyətdən sonra cəmi 86 yer alaraq müxalifətə keçir.

Baş nazir Lars Lekke Rasmussen məğlubiyyətini etiraf edib və sol-mərkəzçi koalisiyanın lideri Xelle Torninq-Şmitti təbrik edib.

Beləliklə, Danimarkanın yeni hökumətini 44 yaşlı Xelle Torninq-Şmitt formalaşdıracaq. Torninq-Şmitt ölkənin tarixində ilk qadın baş nazir olacaq.
Bu xəbər oxucular tərəfindən 628 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed