Şrift:
Kanadalı arxeoloq Azərbaycandan nə apardı?
30.05.2012 [14:40] - Sosial
Azərbaycana səfər edən Kanadanın McMaster Universitetinin professoru arxeoloq Maykl Qreq AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda olub.

İnstitutdan verilən məlumatda bildirilir ki, alim arxeoloji qazıntılar zamanı üzə çıxarılan saxsı məmulatı üzərində qalan orqanik qalıqların öyrənilməsi ilə məşğuldur. Qalıqların öyrənilməsi zamanı saxsı məmulatının hansı məqsədlər üçün istifadə edilməsini dəqiq söyləmək mümkün olur. İnstitutun əməkdaşı Azad Zeynalov ilə birgə qonaq Şamaxı və İsmayıllı rayonlarında olaraq buradan tədqiqat üçün yeni materiallar toplayıb. Toplanmış materialların Kanadaya aparılaraq müqayisəli analizinin aparılması və nəticələrin tanınmış elmi jurnallarda nəşr edilməsi nəzərdə tutulub.
Bu xəbər oxucular tərəfindən 1183 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed