Şrift:
“Ermənilər məni itlə əlaqəyə girməyə məcbur etdilər” – ŞOK!
30.05.2012 [17:50] - Hadisə
Ermənilər tərəfindən əsirlikdən qayıdan Azərbaycan qadınlı türkürpədici faktlar ortaya çıxarıb.

“Davam.az” xəbər verir ki, kimliyini gizli saxlayan vətəndaşımız “facebook” sosial şəbəkəsində əsirlikdə başına gələn işgəncə və zorakılıqlardan belə danışır:
“Bizi Pircamal kəndində tövlədə saxlayırdılar. Ata-anamın gözü qarşısında məni, 15 yaşlı ortancıl bacımı və 9 yaşlı kiçik bacımı dəfələrlə zorladılar…, papiros çəkib bədənimizdə söndürdülər. Yaşlılar, cavanlar növbəyə durub biz bacıları zorlayırdıar, saçlarımızdan tutub sürüyürdülər. Məni Əsgəran milis şöbəsinə gətirdilər, orada uşaqlarımın gözləri qarşısında məni döyərək dəfələrlə zorladılar. Damarıma iynə vurdular, özümdə deyildim, məni növbə ilə zorladılar, sonra itlə əlaqəyə girməyə məcbur etdilər. Orada 13-14 yaşlı qızlarımızı gözümüzün qarşısında zorlayırdılar. Onların səsləri indiyədək qulağımdan getmir. Əsirlikdə olan qadınların körpə uşaqlarını alır, gözlərimizin qarşısında göyə atıb avtomatın süngüsünə keçirirdilər. Xankəndində uşaq bağçasında 12-13 yaşlarında qızları zorlayırdılar. Qızlardan birinin anası dözməyib özünü kəndirlə boğub öldürdü.
Bir qızı soyundurub lüt halda rəqs etdirmiş, sonra zorlamışdılar. Ertəsi gün həmin qız yabanı qarnına soxaraq özünü öldürdü. 200-dən artıq uşaq, qoca və qadınlarla birlikdə Əsgəran rayonunun milis idarəsinin zirzəmisində saxlanılırdım. Hamımızı avtomat qundağı, təpik və yumruqla döyürdülər. Cavan qız-gəlinlərin başlarını divara vuraraq huşsuz halda sürüyüb aparırdılar. Palatalardan birində 4-5 yaşında bir qızcığaz yatırdı, onun gözlərində müharibənin bütün dəhşətlərini, əzablarını gördüm. Onu zorlamışdılar...
Xankəndində erməni əsgərləri olan kazarmada 8 nəfər qızı, o cümlədən məni növbəyə qoyub zorladılar, sonra çılpaq vəziyyətdə dubinka ilə döydülər. Sonra bizi Əsgəran milis şöbəsinə apardılar, yenə də döyüb zorlamağa başladılar. Hələ də bu dəhşətdən özümə gələ bilmirəm. Ondan sonra həyat mənim üçün o qədər iyrənc görünür ki, yaşamaq istəmirəm!”
Bu xəbər oxucular tərəfindən 714 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed