Şrift:
"Buta Salsa Club" adlı özfəaliyyət məktəbi yaranıb
31.05.2012 [01:33] - Gənclik
28 may Cümhuriyyətimizin yaranması münasibəti ilə "Buta Salsa Club"-un açılışı oldu.

Özfəaliyyət dərnəyi kimi bir ilə yaxın fəaliyyət göstərən rəqs klubu artıq məktəb kimi öz fəaliyyətini rəsmiləşdirdi. Məktəbin müəllimi və yaradıcısı olan Niyaməddin açılış lentini simvolik olaraq kəsərək öz süvincini və təbriklərini məktəbin üzvləri ilə bölüşdü. O bildirdi ki yaxın gələcəkdə bu məktəbin yetirmələri daha böyük səhnələri fəth edəcəkdir. Qeyd edək ki, Niyaməddin müəllimin rəhbərliyi ilə rəqs klubunda əsasən Latın Amerika (Salsa, Baçata, Ça-ça, Mirenqo və s.) rəqsləri öyrədilir. Bu rəqslərlə yanaşı məktəbdə milli, qafqaz və s. rəqslər də öyrədlir. Onu da demək yerinə düşərdi ki, belə dərnəklərdə gənclərin məşğulluğu onların boş vaxtlarının daha səmərəli və maraqlı keçməsinə səbəb olur.
Bu xəbər oxucular tərəfindən 1708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed