Şrift:
Azərbaycan milli komandası 23 pillə gerilədi - FİFA reytinqi
16.10.2017 [15:38] - İdman
FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Ötən ayla müqayisədə Azərbaycan milli komandası 23 pillə geriləyib. Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.
DÇ-2018-in seçmə mərhələsində son oyunlarda Çexiyaya 1:2, Almaniyaya 1:5 hesabı ilə uduzan Azərbaycan yığması böyük xal itkisi ilə üzləşib. Bu matçlardan sonra xalımız 388-dən 273-ə düşüb.

Qeyd edək ki, siyahıya Almaniya (1631 xal) başçılıq edir. Braziliya (1619) ikinci, Portuqaliya isə üçüncüdür (1446).
Bu xəbər oxucular tərəfindən 506 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed