Şrift:
İran polisi Beynəlxalq Qida Sərgisinə basqın edib, 80 stend qapadılıb
31.05.2012 [13:55] - Güney Azərbaycan xəbərləri
İran polisi Tehranda keçirilən Beynəlxalq Qida Sərgisinə basqın edib.Buna sərgidəki stendlərdə dayanan qadınların İrandakı qayda-qanunlara düzgün riayət etməmələri, çadranı, hicabı düzgün geyinməmələri səbəb olub.Buna görə 80 stend qapadılıb.Iran hüquq-mühafizə qüvvələrinin komandanı, general İsmayıl Əhmədi Müqəddəm hadisə ilə bağlı bunları deyib: “Qadınlara xəbərdarlıq etdik, ancaq onlar xəbərdarlığımızı diqqətə almadılar. Ona görə də biz stendləri bağladıq”.Qadınlara cəza verilib-verilmədiyi bilinmir.Qeyd edək ki, mayın 30-da başa çatan sərgiyə Avstriya, Çin, Fransa, Almaniya, Hindistan, İtaliya, Cənubi Koreya, İspaniya və Türkiyədən şirkətlər qatılıb.
Bu xəbər oxucular tərəfindən 1090 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed