Şrift:
İranın Azərbaycanı gözdən salmaq uğrunda cəhdləri davam edir
31.05.2012 [14:05] - Güney Azərbaycan xəbərləri
İran rejimi Güney Azərbaycanın Urmu şəhərində “Sionizm məngənəsinə düşmüş Azərbaycana dəstək” adlı konfrans keçirəcək.Urmu şəhərinin müxtəlif yerlərində, keçiriləcək konfransla bağlı reklam yazıları görünməkdədir. Təsvirdə göründüyü kimi bildirilərdə “Sionizm məngənəsinə düşmüş Azərbaycana dəstək” adlı konfransın keçiriləcəyi ilə bağlı məlumat verilir.Mayın 31-də (xordadın 11-də) keçiriləcək konfrans Qərbi Azərbaycanın İslami Təbliğat idarəsi tərəfindən təşkil olunacaq.Qeyd edək ki, İran rejimi Azərbaycan Respublikası müstəqil olduğu gündən bəri, antiazərbaycan siyasətini müxtəlif formalarda biruzə verir. Son zamanlar, Azərbaycanın getdikcə inkişafına şahid olan Fars Şovinizmi antiazərbaycan təbliğinə yeni vüsət verib.
Bu xəbər oxucular tərəfindən 1281 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed