Şrift:
Fərəc Quliyev: Dünyada separatizmin artması səbəbindən indi Azərbaycan daha anlayışla qarşılanır (video)
17.10.2017 [12:09] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
“Beynəlxalq aləm torpaqlarımızı hərbi yolla azad etməyimizə göz yuma bilər”

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Lider Televiziyasının “Panoram” verilişinin qonağı olub. “Separatizm” mövzusuna həsr edilmiş verilişdə partiya sədri erməni separatizmi və Qarabağ müharibəsinin real həlli yollarından danışıb. Deputat münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətinin özünü doğrultmadığını, buna görə də BMT-nin nizamnaməsinə əsasən qətnamələrin tətbiqi üsulu ilə məlum 4 qətnamənin həyata keçirilməsi ilə bağlı tədbirlərin görməsinin məqsəduyğun olduğunu bildirib. Fərəc Quliyev onu da əlavə edib ki, Ermənistanın danışıqlarda tərəf kimi iştirak etməsi o deməkdir ki, Qarabağdakı mövcud separatizm Ermənistan tərəfindən təşkil edilmişdir. Millət vəkili qeyd edib ki, buna görə də dünya Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxmasını tələb etməlidir.
Ermənistanla Rusiyanın birgə hərbi birləşmə yaratmasına da münasibət bildirən partiya sədri vurğulayıb ki, məlum məsələdir ki, bu münaqişələr Rusiya tərəfindən yaradılır və idarə edilir, ona görə də biz həmişə olduğu kimi, kiminlə döyüşəcəyimizi bilməliyik. O, qeyd edib ki, bu səbəbdən biz müttəfiqlərimizi düzgün müəyyən etməli və Türkiyə ilə vahid ordu birləşmələrinin yaradılması prosesini sürətləndirməliyik.
Münaqişənin həlli istiqamətində aparılan danışıqların yeni mərhələsinə münasibətində isə Fərəc Quliyev şərtlərin artıq dəyişdiyini, dünyada baş verən proseslərdən və separatizm hallarının artmasından dolayı Azərbaycanın daha anlayışlı qarşılandığını və hətta hərbi yolla torpaqların azad edilməsinə göz yumula biləcəyini düşündüyünü deyib.
Fərəc Quliyevin həmin verilişdəki müzakirələr zamanı səsləndirdiyi fikirlərin videosunu təqdim edirik:

Bu xəbər oxucular tərəfindən 635 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed