Şrift:
MDHP Müsəqillik günündə doğulan Şakir Ağayevi təbrik etdi
18.10.2017 [11:05] - Xəbərlər, MDH, MDHP Rəhbərliyi
Müstəqillik günü Azərbaycan siyasi səhnəsinin tanınmış simalarından biri, Milli Dirçəliş Hərəkatı Partiyası Qarabağ Departamentinin sədri, MDHP sədrinin müavini Şakir Ağayevin 63 yaşı tamam olur. Hələ gənclik illərindən siyasi fəaliyyətə başlayan Şakir Ağayev, dönəmin siyasi şərtlərinə uyğun olaraq Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmiş və ideoloji fəaliyyətlə məşğul olan təşkilatlarda təmsil olunmuşdur. Şakir Ağayev bu gün də ideoloji və siyasi fəaliyyəti ilə seçilərək, əsasən Türk millətçisi kimi tanınır və Milli Dirçəliş Hərəkatı Partiyasında olması onun bu fəaliyyətini daha da parlaqlaşdırır!
MDHP adından mücadilə dostumuz Şakir bəyi doğum günü və mənalı həyatı münasibətiylə təbrik edirik, ona tutduğu bu şərəfli və çətin yolda uğurlar arzulayır, zəfər sevincini yaşamağı diləyirik!
Gözəl valideyin və qayğıkeş baba olan Şakir bəyə həmişə ailəsinin başında fərəhlə durmağı arzulayırıq!


Sayğılarımızla, Milli Dirçəlişçilər.
18 oktyabr 2017-ci il

"davam.az" və "mdhp.az" saytlarının kollektivləri də bu təbrikə qoşulur.
Bu xəbər oxucular tərəfindən 229 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed